Şəkil və ya digər kontenti cihazınız və kompüter arasında köçürmək
Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu cihazınız və uyğun kompüter
arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.
1 Cihazınızı kompyuterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
2 Aşağıdakılardan seçin:
Nokia Ovi Suite — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılıbsa, bu rejimdən
istifadə edin.
Media köçürmə — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu
rejimdən istifadə edin. Cihazınız ev əyləncə sistemi və ya printerə qoşmaq
ıstəyirsinizsə, bu rejimdən istifadə edin.
Məlumat saxlama — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu
rejimdən istifadə edin. Cihaz kompüterinizdə portativ cihaz kimi görünür. Cihazınızı
başqa bir cihaza, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə,
bu rejimdən istifadə edin.
3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.