İnternet zəngləri haqqında
Siz İnternet üzərindən zənglər edə və qəbul edə bilərsiniz (şəbəkə xidməti). İnternet
zəngləri xidməti kompüterlər, mobil cihazlar və VoIP cihazı və ənənəvi telefonlar
arasında zəngləri dəstəkləyə bilər.
Bəzi İnternet zəngi xidməti təminatçıları pulsuz İnternet zənglərinə icazə verə bilər.
Mövcudluq və bağlantı qiymətləri barədə İnternet zəngi xidmət təminatçınızla əlaqə
saxlayın.
VoIP və ya digər xidmətlərdən istifadə bəzi ölkələrdə məhdud ola bilər. Əlavə məlumat
üçün cihaz satıcınız, xidmət təminatçınız və ya lokal səlahiyyətli xidmətlə əlaqə
saxlayın.
İnternet zəngi etmək və ya qəbul etmək üçün siz WLAN-nın xidmət ərazisi daxilində
olmalı və İnternet zəng xidmətinə daxil olmuş olmalısınız.